Fernandu Santuş: “Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik”
Günün kuponu – 21.02.2024
“Napoli” – “Barselona” – QOL/QOL
Bu komandalar indiyədək avrokuboklarda 4 dəfə qarşılaşıb (2 dəfə ÇL, 2 dəfə Avroliqada) və bütün oyunlarda da qarşılıqlı qollar qeydə alınıb. “Napoli” A Seriyasında qeyri-sabit çıxış etsə də, Çempionlar Liqasında qrup mərhələsini 2-ci sırada bitirdi və 6 oyunun hamısında qol vurdu. “Barsa”ya qarşı dueldə doğma azarkeşlər önündə azı 1 qol vuracaqlarını düşünürəm. “Barselona”nın qol vuracağına isə şübhəm yoxdur.
“Yokohama Marinos” – “Banqkok Yunayted” – 2,5 ÜST
Asiya Çempionlar Liqasının 1/8 final mərhələsinin Tailandda baş tutan ilk oyununda da tərəflər məhsuldarlıq göstərmişdi – 2:2. Həm Yaponiya təmsilçisinin, həm də “Banqkok Yunayted”in hücum potensialı cavab matçının da 2,5 Üst-lə bitəcəyini təxmin etməyə əsas verir.
“Liverpul” – “Luton” – 1-ci hissə künc zərbələri – “Liverpul”
Premyer Liqada liderıik edən “Liverpul” istənilən baxımdan rəqibini üstələyir. Oyunun liverpulluların dominantlığı altında keçəcəyinə yəqin ki, kimsə şübhə etmir. Məncə, digər oyun komponentlərində olduğu kimi kornerlərin sayında da meydan sahibi “Luton”u üstələyəcək.