Sürpriz kupon – 21.01.2022
“Ayntraxt Frankfurt” – “Arminia'” – 1
“Ayntraxt” “Mayns” üzərində qələbədən sonra hər iki oyunda xal itirib. “Arminia” isə son iki matçda eynihesablı heç-heçə edib – 2:2. Təhlükəli zonada olan “Arminia”ya hər xal “hava, su” kimi lazımdır.
Frankfurt klubu isə bir qələbə ilə avrokuboklar zonasına yaxınlaşa bilər. Bu komandalar arasında birinci dövrədəki görüşdə qalib müəyyən olunmamışdı. Bu dəfə “Ayntraxt” doğma divarlar arasında favoritidir.
“Hamburq” – “Sankt Pauli” – Alt 2,5
“Sankt Pauli” 3 gün öncə Almaniya kubokunda “Borussiya Dortmund”u mübarizədən kənarlaşdırmaqla böyük sensasiyaya imza atdı. Amma Timo Şultzun komandası həmin oyunda xeyli güc sərf edib. Turnir cədvəlində 1-ci yeri tutan “Sankt Pauli” Bundesliqaya yüksəlməyə əsas namizədlərdən sayılır. Liderdən cəmi 6 xal geri qalan “Hamburq”un da şansları pis deyil. Yəqin ki, hər iki komanda ehtiyatlı oyuna üstünlük verəcək. Bu matçda çox qol olacağına inanmıram.
“Düsseldorf” – “Nürnberq” – qol/qol
“Düsseldorf” son iki oyunda meydanı xalsız tərk edib. “Nürnberq” isə son turda doğma publika önündə “Paderborn”a uduzmuşdu. “Nürnberq”in son 7 oyununda azarkeşlər qarşılıqlı qollar görüblər. Bu dəfə də qol/qola ümid etmək olar.