Günün kuponu – 21.01.2022
“Verona” – “Bolonya” – qol/qol
“Bolonya”nın zədəli oyunçuları ilə yanaşı, iki futbolçusu da Afrika Millətlər Kubokunda iştirak edir. Kadr problemləri ilə üzləşən Sinişa Mixayloviçin komandası son iki oyunda məğlub olub. “Verona” öz meydanında “Salernitana”ya gözlənilməz məğlubiyyətdən sonra ötən tur səfərdə “Sassuolo” üzərində qələbə qazandı – 4:2. Maraqlıdır ki, “Verona”nın son 4 matçı qol/qol olub. İqor Tudorun komandası çox qol vurmaqla yanaşı, qapısında da çox top görür. Bu komandalar arasında “Verona”nın stadionunda keçirilən son görüşdə 4 qol vurulmuşdu – 2:2. Məncə, bu dəfə də qarşılıqlı qollar izləyə bilərik.
“Espanyol” – “Betis – qol/qol
“Betis”in hücum xəttinin qarşısını almaq hər komandaya nəsib olmur. Pelleqrinin yetirmələri İspaniya Kubokunda prinsipial derbidə “Sevilya”nı məğlub etdikdən sonra La Liqada “Alaves”in qapısından 4 cavabsız top keçirdilər. “Espanyol”un son 5 oyununda qol/qol qeydə alınıb. “Betis” bu mövsüm ÇL-ə vəsiqə uğrunda mübarizə aparır. Ona gorə belə oyunlarda büdrəmək olmaz. Komandalar arasında son 5 matçdan dördü qol/qolla yekunlaşdığından bu dəfə də qarşılıqlı qollara ümid edirəm.
“Uotford” – “Norviç” – 1
“Uotford”un 3 əsas oyunçusu hazırda Mərakeş və Nigeriya yığmalarının heyətində Afrika Millətlər Kubokundadır. “Uotford” Premyer Liqada 7 oyundur qələbəyə həsrətdir. Klaudio Ranyerinin rəhbərlik etdiyi komanda sonuncu dəfə noyabrın 20-də “Mançester Yunayted” üzərində qələbə qazanmışdı. “Norviç” isə ardıcıl 6 məğlubiyyətdən sonra ötən tur “Everton”u üstələdi – 2:1. Bu komandalar arasında oyunların şəxsi statistikasına baxdıqda görürük ki, “Uotford” son 5 görüşün hamısında qalib gəlib. Düşünürəm ki, bu dəfə 1 yazsaq, çox da risk etmiş olmarıq.