Sürpriz kupon – 20.06.2023
İslandiya – Portuqaliya Portuqal/Portuqal
Qrup lideri Portuqaliya indi səfərdə autsayder sayılan İslandiyanın qonağı olacaq. İlk üç oyuna rəqib qapılarına 13 qol vuran Ronaldo və dostları bu duelin favoritidi. Fikrimcə ilk hissədə hesabı açan tərəf olacaq qonaqlar matçı qələbə ilə başa vuracaq.
Moldova – Polşa qonaqlar sıfırla qazanacaq
Polşa lider Çexiyadan 4 xal geri qalır. Bir oyun az keçirən polyaklar hesabat turunda səfərdə Moldovanı üstələməyə iddialıdı. Əksəriyyət bu matçda darmadağın proqnozlaşdırır. Amma meydan sahiblərinin evdə asan rəqib olacağını düşünmürəm.
Bosniya – Lüksemburq 1
Qonaqlar Bosniyadan bir pillə və bir xal öndədir. Lixtenşteyn üzərində qələbə və Slovakiya ilə qolsuz bərabərlik sayəsində cırtdan ölkənin komandası 4 xal toplayıb. Meydan sahibləri sürprizə imkan verməməlidi. Onların qələbəsinə inanıram.