Günün kuponu – 20.06.2023
Avstriya – İsveç 1
AVRO-2024-ün seçmə mərhələsində meydan sahibləri üçün çox önəmli oyun sayılır. Avstriya qələbə qazanacağı təqdirdə mütləq qaydada liderliyini möhkəmlədəcək. Üç gün əvvəl Belçika ilə 1-1 oynayan Avstriyanın qələbə qazanacağını düşünürəm.
Estoniya – Belçika 2
Azərbaycan millisinin heç-heçə oynadığı Estoniya evdə favoritlərdən birini qəbul edir. Belçika mövqeyini itirməmək üçün mütləq qələbə qazanmalıdır. Son 14 ildə keçirilən bütün görüşlərdə Belçika qələbə qazanıb.
Şotlandiya – Gürcüstan QOL/QOL
İki oyundan 4 xal toplayan qonşularımız səfərdə qrup liderinə qarşı mübarizə aparacaq. Maksimum xal toplayan meydan sahibləri qapısından cəmi 1 qol buraxıb. Bu matçda güzəştsiz mübarizə izləyəcəyik.