Sürpriz kupon – 20.05.2022
“Saraqosa” – “Luqo” QOL/QOL
Son tur ərəfəsində bu komandalar taleyi ilə barışıb. 14 və 16-cı pillələrdə olan klublar artıq məqsədlərinə çatmayacağını bilir. Belə olan halda qol\qol seçimini daha real hesab edirəm.
“Torino” – “Roma” ÜST2.5
“Roma” səfərdə əsas futbolçularına istirahət verə bilər. Çünki Joze Mourinyonun fikri Konfrans Liqasının finalındadır. Finalda qalib gələcəkləri təqdirdə yeni mövsümdə Avropa Liqasında iştirak edəcəklər. Bu mənada oyundan məhsuldar nəticə gözləyirəm.
“Real Madrid” – “Betis” ÜST2.5
Kral klubunun “Betis”lə oyunları asan olmur. Digər tərəfdən gələn həftə “Real”ı Çempionlar Liqasında final gözləyir. Karlo Ançellottinin son matçda evdə uduzacağına inanmıram. Hətta ÜST2.5 əmsalının düz olacağını fikirləşirəm.