“Everton” Premyer Liqada qalmağı bacardı

“Everton” Premyer Liqada qalmağı bacardı

“Everton” İngiltərə Premyer Liqasında yerini qoruyub. Liverpul təmsilçisi XXXIII turundan təxirə salınan matçda “Kristal Pelas”ı 3:2 hesabı ilə məğlub edib.

Bununla da “Everton” sona bir tur qalmış Çempionşipə düşməyəcəyini rəsmiləşdirib. Mersisaydlılar 37 oyundan sonra xal hesabımı 39-a çatdırıb.

16-cı sırada qərarlaşan komanda turnir cədvəlindəki qonşularından 4 xal öndədir. Aşağı dəstəyə yuvarlanacaq üçüncü komanda “Lids” və ya “Bernli” olacaq. Hər iki klubun aktivində 35 xal var.

Qeyd edək ki, “Uotford”la “Norviç”in Çempionşipə yuvarlanması öncədən rəsmiləşib.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 20.05.2022

Növbəti yazı

“Çelsi”nin transfer siyahısı müəyyənləşdi