Sürpriz kupon – 20.04.2023
“Sevilya” – “Mançester Yunayted” – 2
Avropa Liqasının təcrübəli döyüşçüsü olan “Sevilya” La Liqada 13-cü yerdədir.
“Mançester Yunayted” isə Premyer Liqada 3-cü pillədə qərarlaşıb və evdəki heç-heçədən sonra bu matçda da favoritdi. Daha usta heyətə malik mançesterlilərin bu qarşılaşmadan qələbə ilə ayrılacağını güman edirəm.
“Sent Cillois” – “Bayer” – 1
Belçika klubu istər avrokuboklarda istərsə də milli çempionatda evdə inamlı çıxış edir. “Bayer” oyunun favoriti sayılsa da, meydan sahiblərinin bu matçda sensasiyaya imza atacağını düşünürəm.
“Sportinq” – “Yuventus” – 2
Bu qarşılaşmada lissabonlular favoritdir.
Amma meydan sahiblərinin hücuma atılmasından sonra qonaqlar üçün mütləq qol imkanları yaranacaq. “Qoca sinyora”nın müdafiəsi yetərincə etibarlıdı.
Risk edib “Yuventus”un qələbəsinə mərc edə bilərik.