Sürpriz kupon – 20.01.2024
“Adana Dəmirspor” – “Ankaragücü” – QOL/QOL
Əmsallar Adana təmsilçisinin favorit sayıldığını göstərsə də, mən bu oyun üçün 1×2 variantlarından heç birinə güvənmirəm. Ardıcıl 4 oyundur qələbəyə həsrət qalan “Adana Dəmirspor” 3 xal üçün bütün gücünü ortaya qoyacaq. Amma Ankara klubu da elə “asan yem” deyil, meydan sahiblərinə sürpriz edə bilər. Ona görə qarşılıqlı qolları bu matç üçün daha uyğun mərc variantı sayıram.
“Haydenhaym” – “Volfsburq” – 2
“Haydenhaym” meydan sahibi olduğundan bu dueldə nisbi üstünlüyə malikdir. Üstəlik, bu komanda Bundesliqada son 4 oyunda uduzmayıb, 10 xal toplayıb. Amma məncə, artıq “uduzmağın vaxtı yetişib”. “Volfsburq” “Haydenhaym” üçün arzuolunmaz rəqiblərdəndir. Aralarında baş tutan 4 görüşün hamısında “Volfsburq” qələbə qazanıb. Fikrimcə, bu dəfə də “Haydenhaym” azarkeşlərinə xoşagəlməz sürpriz edəcəklər.
Mavritaniya – Anqola – 30-cu dəqiqəyə kimi qol – Xeyr
Mavritaniya yığması Afrika Millətlər Kuboku 2024-ün ilk turunda uduzub, Anqola isə 1 xalla kifayətlənib. Qrupdan çıxmaq şansını saxlamaq üçün bu turda hər iki komanda üçün qələbə vacibdir. Ona görə hücum futbol oynayacaqlarını gözləmək olar. Bununla belə ilk yarım saatda hesabın açılacağına inanmıram.