Günün kuponu – 20.01.2024

Günün kuponu – 20.01.2024

“Arsenal” – “Kristal Pelas” – 1-ci hissə – “Arsenal”
“Arsenal” İngiltərə Kubokunun qarşılaşması da daxil son 4 matçında 3-də uduzub, yalnız birində heç-heçə oynayıb. “Qırmızılar”a təcili “qara zolaq”dan çıxmaq lazımdır. Əks halda liderlər getdikcə uzaqlaşır. Fikrimcə, londonlular bu tur inamlı qələbə qazanacaq. Özü də artıq ilk yarıda qələbənin əsası qoyulacaq.

“Vestern Sidney Vanderers” – “Pert Qlori” – 1-ci hissə – Cüt şans 12
Təhlillər göstərir ki, Avstraliya A liqasında əksər oyunların 1-ci hissəsi tərəflərdən birinin hesabda irəlidə olması ilə yekunlaşır. Elə “Vestern Sidney Vanderers”in oynadığı son 3 matçda komandalardan biri fasiləyə üstün yollanıb. Məncə, mərc etdiyim bu qarşılaşmada da belə olacaq.

İordaniya – Cənubi Koreya – 2
Asiya Kuboku 2024-ün ilk turunda hər iki komanda qələbə qazanıb. Bu dueldə qalib tərəf isə E qrupunun şəriksiz lideri olacaq. Cənubi Koreya millisi hər baxımdan İordaniyanı üstələyir. Məncə, koreyalıların qələbəsi gözləniləndir.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Korintians”dan “Olimpiakos”a

Növbəti yazı

Sürpriz kupon – 20.01.2024