Sürpriz Kupon
Lester – Mançester Siti ÜST 3,5 – Əmsal – 2,65
“Mançester Siti” Premyer Liqada son 2 oyunda 10 qol vurub. Əsas qapıçı Ederson, hücumçu Qabriel Jezus karantində olduqları üçün oyunu buraxacaqlar.
“Lester” mövsümə “Vulverhempton” qələbəsi ilə başlasa da, 2-ci turda “Vest Hem”ə böyük hesabla uduzdu. Brendan Rocersin komandası bu mövsüm bütün oyunlarda qol vurub. “Siti” isə 10 topla vurulan qolların sayına görə “Vest Hem”lə birgə 1-2-ci yerləri bölüşür. Ümid edirəm kİ, matç bol qollu alınar və üst 3,5 gələr.
AZ Alkmaar – PSV 2 – Əmsal – 2,10
PSV 3 oyundan sonra 100 faizlik nəticə göstərib və vahid liderdir. Roqer Şmidtin komandası Çempionlar Liqasının qrupuna vəsiqə qazana bilməsə də, hələ ki Erediviziyada onların qarşısında dura biləcək rəqib görünmür. Hücum xəttində “Olimpiakos”dan transfer olunmuş eks “Qalatasaray”lı Bruma, İsrail millisinin üzvü Zahavi və Qakpo əla təsir bağışlayır. Düzdür, sonuncunun “Alkmaar” səfərində oynaması sual altındadır. Meydan sahibləri çempionata 1 qələbə, 1 məğlubiyyətlə başlayıb. Məncə, hazırkı “Alkmaar”ın PSV-dən xal alması rel görünmür.