Günün Kuponu
Napoli – Yuventus Alt 2,5 (1.83)
Kriştiano Ronaldusuz “Yuventus” A seriyasına uğursuz start verib. Komanda hücumdakı problemləri həll etmək üçün “Everton”dan Moyze Kini icarəyə götürdü. İtaliya millisinin heyətində Litva ilə oyunda (5:0) dubl edən 21 yaşlı forvard yaxşı formada olduğunu göstərdi. Amma “Napoli” də Litva millisi deyil. Luçano Spalettinin rəhbərlik etdiyi komandalar həmişə müdafiədə etibarlı oynaması ilə seçilib. Neapol klubunun apellyasiya şikayəti təmin olunduğundan Viktor Osimhen “Yuve”yə qarşı meydana çıxa biləcək. Hər iki komanda qələbə üçün oynasa da, dqüşünürəm ki, ehtiyatı əldən verməyəcəklər. Odur ki, bu matçda 2 qoldan çox vurulmayacaq, riskini edərdim.
Çelsi – Aston Villa – 1. (1.26)
“Çelsi” heyətinə görə Premyer Liqada ən güclülərdən biridir. Romelu Lukakunun meydana çıxması sual altında olsa da, “zadəganlar”ın heyətində onu əvəz edə bilən hücumçular var. “Aston Villa”nın bir sıra aparıcı futbolçuları “Stemford Bric”də forma geyinə bilməyəcəklər. Düşünürəm ki, Tuhelin komandası doğma divarlar arasında qələbə şansını əldən verməz.
Yekun əmsal – 2,30