Sürpriz kupon – 19.07.2023
“Valmiera” – “Olimpiya Lyublyana” -1-ci hissə cüt şans 12
İlk oyunda 1:2 hesabı ilə uduzan “Valmiera” doğma meydandan hücum etməyə məcburdur. Bu isə Sloveniya çempionuna latışları əks hücumda tutmaq üçün fürsətlər verəcək. Məncə, belədə hesabdakı bərabərliyin ilk hissədə pozulacağına mərc etmək olar.
“Qarabağ” – “Linkoln Red İmps” – YOX/QOL
İlk oyundan fərqli olaraq “Qarabağ”ın Bakıdakı qarşılaşmada qapısından qol buraxacağına inanmıram. Məncə, Ağdam klubu Cəbəllütariq çempionunu cavab oyununda qol buraxmadan məğlub edəcək.
“Ludoqorets” – “Ballkani” -1-ci qolu vuracaq komanda – “Ludoqorets”
“Ludoqorets” yeni mövsümə uğursuz başlayıb. Çempionlar Liqasında ilk oyunda Kosovoda 0:2 uduzduqdan sonra Bolqarıstan çempionatının ilk turunda da məğlub olublar. Fikrimcə, “Ballkani” cavab matçında Bolqarıstan çempionu statusuna yaraşan oyun göstərəcək. Hesabın məhz “Ludoqorets”in açacağını təxmin edirəm.