Günün kuponu – 19.07.2023

Günün kuponu – 19.07.2023

“Qarabağ” – “Linkoln Red İmps” -1-ci hissə künc zərbələri – “Qarabağ”

Tərəflər arasında ilk oyunda göstərdi ki, “Qarabağ” Cəbəllütariq çempionundan hər cəhətdən üstündür. Komandalar arasında səviyyə fərqi müqayisəyə gəlməzdir. Bakıdakı matçda da Azərbaycan çempionunun bütün komponentlərdə, o cümlədən, kornerlərin sayında rəqibini üstələyəcəyinə şübhə etmirəm. Əminəm ki, həm matçın ilk yarısında, həm də bütün oyun ərzində “Qaarabağ” rəqibindən daha çox künc zərbəsi yerinə yetirəcək.

“Ferensvaroş” – “Klasvik” 1-ci hissə/oyun – “Ferensvaroş”\”Ferensvaroş”

Farer adalarının çempionu ilk oyunda 0-0 oynamaqla artıq “boyundan yuxarı tullanıb”. Budapeştdə onlardan sensasiya gözləmirəm. Fikrimcə, “Ferensvaroş” öz azarkeşləri qarşısında daha aqressiv oyun göstərəcək və həm matçın ilk yarısını, həm də bütünlükdə 90 dəqiqəni qələbə ilə başa vuracaq.

“Valmiera” – “Olimpiya Lyublyana” – künc zərbələri – “Olimpiya”

Lyublyanadakı matçı “Olimpiya“ qazansa da (2:1), Sloveniya çempionu özünü rahat hiss edə bilməz. Latviya təmsilçisi onlara acı sürpriz edə bilər. Ona gərgin mübarizə gedəcəyini düşünürəm. Oyunun nəticəsinə mərc etmək mənə görə risklidir, amma 90 dəqiqə ərzində fiziki-atletik futbola üstünlük verən Sloveniya çempionunun daha çox korner qazanacağını təxmin edirəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Mançester Yunayted” Onana transferini razılaşdırdı

Növbəti yazı

Sürpriz kupon – 19.07.2023