Sürpriz kupon – 19.04.2022
“Liverpul” – “Mançester Yunayted” ÜST 2,5
“Liverpul”u Fa Cup-da “Mançester Siti” ilə ağır oyundan (3:2) sonra Premyerliqada “Mançester Yunayted”lə görüş gözləyir. “M.Y” 3 qələbəsiz oyundan sonra ötən tur Ronaldonun het-triki sayəsində “Norviç”i məğlub etdi – 3:2.
“Siti”dən 1 xal geri qalan Yurgen Kloppun komandası hələ də çempionluq mübarizəsi aparır. “Mançester Yunayted” isə nəyin bahasına olursa-olsun, Çempionlar Liqasına vəsiqə əldə etmək istəyir.
Birinci dövrədə “Old Trafford”da “Liverpul” “Yunayted”i darmadağın etmişdi – 5:0. “Qırmızı şeytanlar” yəqin ki, həmin məğlubiyyəti unutmayıblar. Bu dəfə də bol qollu, maraqlı oyun gözləyirəm.
“Hamburq” – “Frayburq” QOL/QOL
Almaniya kubokunun yarımfinal matçında Bundesliqa və Il Bundesliqanı müqayisə etmək üçün yaxşı imkan yaranıb. 5-ci yeri tutan “Frayburq” Çempionlar Liqasına düşmək üçün çalışır.
“Hamburq” isə II Bundesliqada 6-cı yeri tutur və liderdən 8 xal geri qalır.
Bu komandalar arasında son oyun 4 il əvvəl baş tutub. Həmin matçda “Frayburq” minimal hesabla qalib gəlmişdi. Adətən Almaniyada kubok oyunları şən və məhsuldar alınır. Odur ki, qol/qol gözləməyinə dəyər.
“Malyorka” – “Alaves” ALT 2,5
Hər iki komanda La Liqada qalmaq uğrunda yarışır. 25 xalla sonuncu yeri tutan “Alaves”in işi lap çətindir.
Əslində “Malyorka”nı da təhlükəli zonadan cəmi 1 xal ayırır.
Bu komandalar arasında son 8 oyunda alt 2,5 gəlib.