Günün Kuponu – 19.04.2022
“Betis” – “Elçe” 1
“Betis” Çempionlar Liqasına vəsiqə uğrunda mübarizəni davam etdirir. Manuel Pelleqrinin komandası ötən tur əsas rəqiblərindən olan “Real Sosyedad”dan səfərdə 1 xal ala bildi.
“Elçe” ardıcıl 3 məğlubiyyətdən sonra ötən həftə “Malyorka”nın qapısından 3 cavabsız top keçirdi. “Elçe”də iki əsas hücumçu – Lukas Boye (bu mövsüm 7 qol vurub) və Quido Karrilyo (2 qol) komandasına kömək edə bilməyəcək. Bu komandalar arasında son 3 oyunun ikisində “Betis” qalib gəlib. Bu dəfə də favorit Sevilya klubudur.
“Vilyarreal” – “Valensiya” QOL/QOL
Çempionlar Liqasında böyük sensasiyaya nail olaraq “Bayern Münhen”i mübarizədən kənarlaşdıran “Vilyarreal”ın La Liqada ilk “dördlüy”ə düşməsi çətin görünür.
“Valensiya”ya gəlincə, “yarsalar” 3 oyundur ki, qalib gələ bilmir. Qonaqların heyətində əsas mərkəz müdafiəçilərindən Qabriel Paulista meydana çıxa bilməyəcək. Aparıcı hücumçulardan olan Maksimiliano Qomesin oynaması isə sual altındadır. “Vilyarreal”dan qələbə gözləsəm də, qol/qol variantını da istisna etmirəm.
“İnter” – “Milan” QOL/QOL
İnter” və “Milan” İtaliya kubokunun yarımfinal mərhələsində cavab oyununa çıxacaqlar. İlk görüşdə qapılara qol vurulmamışdı. A seriyasında hər iki komanda son oyununu qələbə ilə başa vurduğundan əhval-ruhiyyə yaxşıdır. Sadəcə “Milan”da matçı buraxacaq futbolçular var. Hər iki klubu bu qarşılaşmadan sonra çempionatda ağır oyunlar gözləyir. “İnter” “Roma”nı qəbul edəcək, “Milan” isə “Latsio”nun qonağı olacaq. Ona görə də hər iki tərəf qarşıdakı matçları da düşünmək məcburiyyətindədir.