Sürpriz kupon – 19.01.2022

Sürpriz kupon – 19.01.2022

“Brentford” – “Mançester Yunayted ” – 2,5 alt

“Brentford”un son 4 oyununda (3 premyer liqa, 1 kubok matçı) azı 3 qol vurulsa da, “Yunayted” lə görüşdə bu seriyanın qırılacağını düşünürəm. 21 oyuna 24 qol vuran “Brentford”dan qol gözləmək bir qədər risklidir. “Mançester Yunayted” isə adətən oyunlarını 1 və ya 2 qolla həll edir. Nəzərə alaq ki, zədəli Ronaldonun oynayacağı sual altındadır. Belədə 2,5 alt variantına daha çox inanıram.

“Hoffenhaym” – “Frayburq” – 2

Bundesliqada böyük hədəfləri  olmayan bu tip komandalar adətən kubok yarışına daha məsuliyyətli yanaşır. Statistika “Frayburq”un “Hoffenhaym”la səfər matçlarında adətən uğurlu oynadığını göstərir. Mən də statistikaya güvənib oyun 2 variantına mərc edirəm.

“Leypsiq” – “Hanza” – qol /qol

Tərəflər arasında səviyyə fərqinə baxmayaraq 2-ci bundesliqa klubu “Hanza”nın asan təslim olmayacağını gözləyirəm. Ən pis halda isə qonaqların bir qol vuracağını gözləyirəm. Alman klublarının oyunlarında qol/qol və ya 2,5 üst variantı elə də riskli sayılmır.

İlkin Fikrətoğludan ən son “Sürpriz Kupon”

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 19.01.2022

Növbəti yazı

Nəhənglərsiz 1/4 final: 15 ildən sonra