Günün kuponu – 19.01.2022

Günün kuponu – 19.01.2022

“Lester” – “Tottenhem” – 2

“Lester”in heyəti yarıdağılmış vəziyyətdədir. 4 əsas oyunçu Afrika Millətlər Kubokuna gedib, 4 futbolçu isə zədəlidir. “Tottenhem” ə isə ilk “beşliy”ə düşmək üçün qələbə lazımdır. Hotspurlular liderlər qrupunda yer alan komandaların hamısından az oyun keçirib. Ehtiyatda olan 4 matçın hamısını qazanarsa, “Tottenhem” hətta 2-ci sıraya da yüksələ bilər. Heyətində ciddi itkisi olmayan Antonio Kontenin komandası Lester səfərindən qələbə ilə dönə bilər.

“Hoffenhaym” – “Frayburq” – 2,5 üst

Bu komandaların aralarındakı oyunlarının məhsuldar keçməsinə azarkeşlər demək olar alışıb. Hər iki komanda bundesliqanın son turunda uduzduğundan kubok matçında tərəfdarlarını sevindirməyə çalışacaq. 1/4 finala vəsiqənin taleyi bir oyunla həll olunduğundan hər iki komanda bütün gücünü ortaya qoyacaq. 2,5 üst daha real görünən variantdır.

“Leypsiq” – “Hanza Rostok” – 1

“Leypsiq”in heyətində ciddi itkilər olsa da, fikrimcə, bu 2-ci bundesliqanın autsayderi üzərində qələbəyə əngəl yaratmaz. Qələbə qazanarsa,”Leypsiq” i 1/4 finalda “Bohum” – “Mayns” duelinin qalibi gözləyir. Bu isə onların yarımfinala çıxmaq şansını artırır.

İlkin Fikrətoğludan ən son “Günün Kuponu”

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Atletiko”da iki itki

Növbəti yazı

Sürpriz kupon – 19.01.2022