Sürpriz kupon – 18.03.2022
“Cenoa” – “Torino” – ALT
Hər iki komanda 7 oyundur qalib gələ bilmir. Oyunun favoriti sayılan “Torino” bu matçlarda 5 qol vurub.
A seriyasında yerini qoruyacağı inandırıcı görünməyən “Cenoa”nın isə son 7 oyunundan 5-i, o cümlədən son 3 matçı 0:0 hesabı ilə bitib.
Bu dəfə də ALT gəlmə ehtimalı böyükdür.
“Vulverhempton” – “Lids” – 1
Müxtəlif məqsədlər uğrunda mübarizə aparan klubların qarşılaşmasında bukmekerlər favorit “Vulverhempton”un qələbəsinə cəlbedici əmsal verir.
Ardıcıl 6 oyunda məğlub olan və 8 matçda qələbə üzünə həsrət qalan “Lids” ötən tur son saniyələrdə autsayder “Norviç”ə vurduğu qolla bu uğursuz seriyanı dayandırdı. Amma Cessi Marşın komandasının bununla “qara zolaq”dan çıxacağına inanmaq çətindi.
Meydan sahiblərinin yetərincə yaxşı koeffisient verilən qələbəsinə mərc etmək olar.
“Sassuolo” – “Spetsiya” – QOL/QOL
“Sassuolo” 6 oyundur meydanı qolsuz tərk etmir, amma müdafiə də etibarlılığı ilə seçilmir, son 8 oyundan cəmi birində qapısını toxunulmaz saxlaya bilib.
“Spetsiya” isə son 12 oyundan cəmi ikisində qol vura bilməyib.