Günün kuponu – 18.03.2022
“Poqon” – “Visla” – 1
Son turda “Krakoviya” ilə heç-heçə edərək liderliyi
“Rakuv”a verən “Poqon”u artıq 1 xal geridə olan “Lex” də haqlamaq üzrədi.
Meydan sahibləri çempionluq yarışında vəziyyətini daha da pisləşdirməmək istəyirsə bu oyunda mütləq qalib gəlməlidi və 7 oyundur qələbə üzünə həsrət olan “Visla” bunun üçün münasib rəqibdi.
“Rizəspor” – “Trabzonspor” – 2
“Trabzonspor” çempionluq yolunda əmin addımlarla irəliləyir.
“Rizəspor” isə 4 oyundur uduzur və son 8 matçda qələbə qazana bilməyib.
Çempionluq rəsmiləşənəcən trabzonlular üçün hər qarşılaşma finala bərabərdi. Qaradəniz derbisində də sensasiya ehtimalı azdı və çox güman “Trabzonspor” xal itirməyəcək.
“Atletik Bilbao” – “Hetafe” – 1
“Atletik Bilbao” ənənəvi olaraq doğma meydanda daha yaxşı nəticələr göstərir.
Qonaqlar isə bu mövsüm Primerada səfər oyunlarında bir dəfə də olsun qalib gələ bilməyib.
Çətin ki, uğursuz seriyaya Bilbaoda son qoyulsun.