Sürpriz kupon – 18.01.2024
“Napoli” – “Fiorentina” 2
“Napoli” son 10 oyunda 6 dəfə uduzub. Valter Mazzarrinin gəlişi komandanı daha da pis duruma salıb. Viktor Osimhenin Afrika Millətlər Kubokunda olmasını da bura əlavə etsək, neapolluların perspektivləri çox dumanlı görünər. “Fiorentina” isə son 10 oyunda cəmi 1 dəfə uduzub. Komanda Seriya A-da 4-cü pillədədir və Çempionlar Liqası uğrunda mübarizə aparır. ETOPAZ-ın cəzbedici əmsal verdiyi florensiyalıların qələbəsinə mərc edə bilərik.
Kot-d’Ivuar – Nigeriya QOL/QOL
Afrika Millətlər Kubokuna ev sahibliyi edən Kot-d’Ivuar ilk turda Qvineya Bisau üzərində rahat qələbə qazandı. Nigeriya isə gözlənilmədən Ekvatorial Qvineya ilə heç-heçə etdi. Afrikanın iki nəhəng futbol ölkəsinin qarşılaşmasının maraqlı və bol qollu keçəcəyini güman etmək olar. Viktor Osimhen kimi ulduz forvardı olan qonaqların ən azı 1 dəfə fərqlənəcəyini təxmin edirəm. Azarkeşlərin 90 dəqiqə hücuma səsləyəcəyi meydan sahiblərinin isə qol və ya qollar vuracağına demək olar şübhəm yoxdu.
“Famaliko” – “Braqa” 1-ci hissə 2
“Qarabağ”ın Avropa Liqasındakı rəqibini çətin səfər qarşılaşması gözləyir. Amma birinci dövrədə gözlənilmədən bu rəqibə 1:2 hesabı ilə uduzan “Braqa” futbolçuları indi revanş üçün alışıb yanır. Daha usta heyətə malik qonaqların artıq birinci hissədə üstünlüklərini ortaya qoyacaqlarını düşünürəm.