Sürpriz kupon – 15.12.2022
“Turan Tovuz” – “Neftçi” ALT 2,5
Tovuz klubu bu mövsüm yaxşı müdafiə olunması ilə seçilir. Ayxan Abbasovun komandası xüsusən də öz meydanında istənilən rəqibə müqavimət göstərə bilir.
“Neftçi” isə son iki görüşdə rəqib qapılarına yol tapa bilməyib. Məncə, bu dəfə də bol qollu oyun gözləməyə dəyməz.
“Kifisia” – AEK QOL/QOL
AEK Yunanıstan klubokunun 1\8 final mərhələsində aşağı liqa təmsilçisi ilə üzbəüz gələcək. Afina klubu bu mövsüm Super Liqada yaxşı təsir bağışlayır və 2-ci yeri tutur. AEK matçın aşkar favoriti sayılsa da, adətən belə görüşlərdə aşağı liqa klubları sürprizə nail olmağa çalışırlar.
Düşünürəm ki, “Kifisa” AEK-ə çətin anlar yaşada bilər.
“Olimpiakos” – “Atromitos” ALT 2,5
Myedan sahibləri cütün favoriti sayılsalar da, böyükhesablı qələbə olacağına inanmıram. Düzdür, ötən il “Olimpiakos” səfərdə “Atromitos”u 3:0 hesabı ilə məğlub etmişdi.
Sürpriz kupon olduğundan risk edib ALT 2,5 variantı yazmaq olar.