Fernandu Santuş: “Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik”
Günün kuponu – 15.12.2022
“Turan Tovuz” – “Neftçi” 2
“Neftçi” ardıcıl 2 oyunda məğlub olub. Komanda əvvəlcə çempionatda “Qarabağ”a uduzub (0:4), daha sonra isə kubokda “Zirə” ilə bacarmayıb – 0:1. Ona görə də paytaxt klubu mütləq Tovuzdan qələbə ilə dönməlidir.
Birinci dövrədə “Turan” Bakıda “Neftçi” ilə qolsuz bərabərə qalmışdı. Bu dəfə sensasiya olacağını düşünmürəm. “Ağ-qaralar” yenə büdrəsə, bu baş məşqçi Laurentsiu Regekampfın kreslosunu laxladacaq.
“Panatinaikos” – “Volos” 1
Yunanıstanda dünya çempionatı ilə bağlı noyabrın 13-dən yaranan fasilə kubok matçları ilə başa çatır. Çempionatın lideri “Panatinaikos” fasilə dövründə 3 yoxlama oyunu keçirdi. Bu matçların 2-də qalib gəldilər, birində bərabərə qaldılar.
“Panatinaikos” bu mövsüm çempionatda “Volos”u səfərdə darmadağın edib – 5:1.
Bu dəfə də aşkar favorit meydan sahibləri hesab olunur.
“Olimpiakos” – “Atromitos” 1
“Olimpiakos” hazırlıq görüşlərində “Nottingem Forest”, “Haddersfild” kimi İngiltərə klublarını məğlub etdi. Pirey klubunu bu mövsüm “Qarabağ”la Avropa Liqası oyunlarından yaxşı xatırlayırıq.
Miçelin komandası çempionatda lider “Panatinaikos”dan 12 xal geri qalır, ona görə də əsas diqqətini kuboka yönəldəcək.