Sürpriz kupon – 15.12.2021
“Union Berlin” – “Frayburq” – 2,5 alt
Turnir cədvəlində qonşu olan komandaların duelində bol qol gözləmirəm. Səbəb “Frayburq”un müdafiədəki etibarlı oyunudur. Bundesliqada bu mövsüm öz qapısından ən az top (15) buraxan komanda məhz “Frayburq”dur. Fikrimcə, “Union Berlin”lə görüşdə də frayburqlular rəqibə çox şans verməyəcək. Heç-heçə və 2,5 alt variantları üzərində dayansam da, yekunda ikincini seçirəm.
“Brayton” – “Vulverhempton” – 2,5 alt
Çətin proqnoz veriləsi oyundur. “Brayton”un son 5 matçının hamısı 2,5 alt bitib və bu oyunlardan 4-ü heç-heçə yekunlaşıb. “Vulverhempton” isə ardıcıl 6 turdur 2,5 alt oynayır. Belədə elə daha real görünən variant da budur – 2,5 alt.
“Kristal Palas” – “Sauthempton” – 2
“Sauthempton” üçün deyəsən, “əcəl zəngi” çalınır. Son 5 turda qələbəsi qalan komanda sürətlə cədvəldə aşağı yerlərə yuvarlanır. Bu matç onlar üçün dönüş ola bilər. “Kristal Palas”a qarşı keçirdiyi son 4 səfər oyunundan 3-də qalib gələn “Sauthempton”un bu dəfə də rəqib meydanından 3 xalla dönəcəyini ehtimal edirəm.