Günün kuponu – 15.12.2021
“Borussiya Münhenqladbax” – “Ayntraxt” – 2,5 üst
Bu komandaların demək olar hər oyunu “qol yağışı” ilə müşaiyət olunur. Münhenqladbax klubunun son 3 turdakı nəticəsi “faciəvidir”. Hər 3 oyunda uduzan “Borussiya” qapısından ümumilikdə 16 qol buraxıb. “Ayntraxt” isə son matçda Leverkuzen “Bayer”ini 5:2 hesabı ilə darmadağın edib. Tərəflərin öz aralarındakı son 4 qarşılaşmanın hər birində isə azı 4 qol qeydə alınıb. Bu qədər statistikadan sonra matç üçün 2,5 üst variantından başqa ağıla nəsə gəlmir.
“Borussiya Dortmund” – “Qreyter Fürt” – 2,5 üst
“Qreyter Fürt” sonuncu pillədə əbəs yerə məskən salmayıb. 15 oyuna qapısından 46 qol buraxıb komanda. Olduqca bərbad nəticədir. Dortmund təmsilçisi isə 15 oyuna 36 qol vurub. Belə hücumla o cür müdafiə qarşılaşırsa, 2,5 üst tam gözlənilən variantdır.
“Bayer Leverkuzen” – “Hoffenhaym” – 2,5 üst
Yüksək məhsuldarlıq göstərən iki komandanın dueli. “Bayer” 15 oyuna 37, “Hoffenhaym” isə 32 qol vurub. Tərəflərin öz aralarındakı oyunlar da əksər hallarda 2,5 üstlə yekunlaşıb. Fikrimcə, “ənənə” bu görüşdə də davam edəcək.