Sürpriz kupon – 15.04.2023
“Ştutqart” – “Borussiya Dortmund” – 2,5 ÜST
“Ştutqart” son 2 oyunda qələbə qazanıb. Dortmund klubu isə liderliyi “Bavariya”dan almağa çalışır. Bu komandalar arasında baş tutan son 16 matçdan 15-də (!) qapılara azı 3 qol vurulub. Fikrimcə, ənənə bu dəfə də davam edəcək.
“Austriya Lüstenau” – “RZ Pellets” – 2
Hər iki komanda UEFA Konfrans Liqasında oynamaq hüququ verən yerlər uğrunda mübarizə aparır. Lüstenau klubu hazırda turnir cədvəlində rəqibindən 6 xal çox toplamaqla 2 pillə yuxarıda qərarlaşsa da, əmsallar adamı düşünməyə vadar edir. Məncə, bu dueldə sürpriz qeydə alınacaq.
“Ayntraxt” – “Borussiya Münhenqladbax” -1-ci hissə cüt şans 12
Sevimli mərc variantlarımdan birini bu oyun üçün də seçmişəm. Bol qol gözlənilən oyunlarda 1-ci hissədə hesabdakı bərabərliyin pozulacağına mərc etmək mənə görə daha məqsədəuyğundur. Həm də variant uduşlu olarsa, ilk yarı bitincə balansa oturan vəsaiti artıq canlı mərcdə yenidən dövr etdirib artırmaq imkanı yaranır.