Fernandu Santuş: “Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik”
Sürpriz kupon – 15.03.2024
Karagümrük – Konyaspor 2.5 ÜST
Turnir cədvəlinin sonlarında qərarlaşan komandalar stabil oyun nümayiş etdirmir. Superliqada son 4 turda qələbəyə həsrət olan meydan sahibləri bu dəfə Konya təmsilçisini dayandırmağa çalışacaq. Qonaqlar “Beşiktaş”a uduzandan sonra ardıcıl üç oyunda inamlı təsir bağışlayaraq ümumilikdə 7 xal toplayıb. Bu oyundan məhsuldar nəticə gözləməyi risk hesab etmirəm.
Pendikspor – İstanbulspor 2.5 ÜST
Superliqanı tərk etməyə hazırlaşan iki komanda üz-üzə gələcək. Hazırkı məqamda meydan sahibləri bir qədər üstün sayılır. Amma aşkar favorit yoxdur. Hər iki komanda qələbə qazanmaqla təhlükəli zonadan uzaqlaşmağa səy göstərəcək. Qonaqların bu matçda uğur qazancağına inanmıram.
Neftçi – Səbail QOL/QOL
Turnir cədvəlində 4-5-ci pillələrdə qərarlaşan komandaları yalnız qələbə razı sala bilər. Son 3 turda qələbəyə həsrət olan ağ-qaralar cəmi 2 xal əldə edib. Azarkeşlərin narazılığının qarşısını almaq üçün “Neftçi”yə qələbə lazımdır. Amma Şahin Diniyevin komandası da zəif deyil, müqavimət göstərməyi bacarır. Ona görə qol-qol seçimi daha reallığa uyğundur.