Günün kuponu – 15.03.2024
Köln – Leypziq 2
Bundesliqada 26-cı tur başlayır. “Köln” çempionatı tərk etmək təhlükəsiylə üzləşib. Ardıcıl məğlubiyyətlər Köln təmsilçisinin vəziyyətini ağırlaşdırıb. Qonaqlar isə avrokuboklara vəsiqə uğrunda yarışır və kifayət qədər inamlı təsir bağışlayır. Bu matçda “Leypziq”in qələbə şansları daha yüksək qiymətləndirilir.
Empoli – Bolonya QOL/QOL
“Roma”nı 3 xal qabaqlayan “Bolonya” dördüncü pillədədir. Ötən tur “İnter”ə uduzan qonaqlar indi səfərdə nisbətən zəif rəqibin qonağı olacaq. Son iki tur xal qazana bilməyən “Empoli” ev komandası olduğunu təsdiqləməlidir. Statistikaya əsasən “Empoli” “Bolonya” ilə son 4 ev matçında qələbə qazanıb. Bu isə düşünməyə əsas verir. Fikrimcə, komandalar meydanı qolsuz tərk etməyəcək.
Rapid Vyana – Lask Linz QOL/QOL
Avstriya Bundesliqasında təxminən bərabər gücdə olan komandalar üz-üzə gələcək. “Rapid” qonaqlardan bir xal geri qalır. Komandaların son üç dueli bərabərliklə başa çatıb. Bu dəfə də heç-heçə qeydə alınacağı istisna deyil. Sadəcə məhsuldar bərabərlik olacağını düşünürəm.