Sürpriz kupon – 15.02.2024
“Braqa” – “Qarabağ” X2
Portuqaliya futbolda Azərbaycan üçün çətin rəqibdir. Bu milli səviyyəsində də, klublarda da belədir. İndiyə qədər keçirilmiş oyunların statistikası da bunu göstərir. Hələlik Azərbaycan komandaları portuqallarla rəqabətdə 1 dəfə də olsun səfərdən məğlubiyyətsiz dönməyib. Amma bizi ilklərə öyrədən “Qarabağ” bu tilsimi də sındıracaq ruhda və gücdədir.
“Qalatasaray” – “Sparta Praqa”
Istənilən vaxt qol vuracaq: Mauro İkardi
Əgər “Qalatasaray” bir oyunun favoritidirsə, o zaman qolları kimin vuracağı ilə bağlı suala ilk cavab bəllidi. Bu mövsüm çempionatda 13, avrokuboklarda 2 qol vuran Mauro İkardinin statistikasını yaxşılaşdırmaq üçün əla şansı var.
“Yanq Boys” – “Sportinq Lissabon” 2
“Qarabağ”ın rəqibi “Braqa”nı çempionatın son turunda 5:0 hesabı ilə darmadağın edən “Sportinq Lissabon” bu qarşılaşmanın da favoritidir. ETOPAZ lissabonluların qələbəsinə cəlbedici əmsal verir. Zənnimcə, bu imkandan istifadə etmək olar.