Günün kuponu – 15.02.2024
“Braqa” – “Qarabağ”
Komandanın qol cəmi: “Qarabağ” 0.5 ÜST
Azərbaycan futbol tarixində ilk dəfə Avropa Liqasında pley-off oynayacaq “Qarabağ”ın hücum xəttində heç bir problemi yoxdu. Qurban Qurbanovun komandası “Sabah”a 3 matçda 13 qol vurmağı bacarıbsa, Braqa səfərində də ən azı bir dəfə fərqlənəcək deyə düşünürəm.
“Qalatasaray” – “Sparta Praqa” 1
Türkiyə çempionatında liderliyə yüksəlmiş “Qalatasaray” əla əhvaldadı. Komandanın bu avrokubok sınağından da üzüağ çıxıb, növbəti mərhələyə yüksəlnək ehtimalı çoxdu. “Cimbom” bunun üçün ilk ev qarşılaşmasında lazımi üstünlüyü qazanmalıdır. “Qalatasaray”ın potensialı və hazırki forması bunun üçün yetərlidir.
“Feyenord” – “Roma” QOL/QOL
Meydan sahiblərinin favorit olduğu bu oyunda “Roma”nı da hesabdan silmək olmaz. Daniele De Rossinin komandasının son 6 oyunundan beşində qol-qol variantı gəlib. “Feyenord” isə son 14 matçdan yalnız birində qol vurmayıb. Qol-qol mərcini seçirəm.