Sürpriz kupon – 14.12.2023

Sürpriz kupon – 14.12.2023

Legiya – AZ Alkmaar ALT2.5
UEFA Konfrans Liqasında bu matçın qalibi pley-offa yüksələcək. Meydan sahiblərinə heç-heçə də kifayət edir. Amma qonaqları yalnız qələbə sevindirə bilər. Tərəflərin ilk duelində Niderland təmsilçisi 1-0 hesablı qələbə qazanıb.

Ferentsvaroş – Fiorentina QOL/QOL
Konfrans Liqasında formal oyun adlandırmaq olar. Qonaqlar artıq növbəti mərhələni təmin edib. Meydan sahiblərinə heç-heçə kifayət edəcək. Hərçənd macarlar qalib gəlməklə ilk pilləyə yüksələ bilər. Fikrimcə qollu heç-heçə hər iki tərəfi razı salan nəticədi.

Aberdin – Ayntraxt ALT2.5
Almaniya klubu pley-offa vəsiqəni təmin edib. Meydan sahiblərinin rəqibi qabaqlamaq imkanı yoxdur. Məhz bu səbəbdən istənilən sürpriz nəticəyə hazır olmaq lazımdır.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 14.12.2023

Növbəti yazı

Kimmix “Barselona” yolunda