Kimmix “Barselona” yolunda
“Bavariya”da ayrılıq yaşana bilər. Coşua Kimmix komandanı tərk etməyə yaxındır.
O, müqaviləsini yeniləməsə 2024-cü ilin yayında klubdan ayrıla bilər. Futbolçu oyun vaxtının azlığından şikayətçidir. Orta xətt oyunçusu karyerasını Bundesliqa xaricində davam etdirmək istəyir.
Onunla “Barselona” yaxından maraqlanır. Yarımmüdafiəçinin “Bavariya” ilə hazırkı sözləşməsi 2025-ci ilə qədərdir.