Sürpriz kupon – 14.04.2023

Sürpriz kupon – 14.04.2023

“Tuluza” – “Lion” 2
“Lion” uğurlu mövsüm keçirmir. Komanda avrokuboklardan kənarda qala bilər. Loran Blanın rəhbərlik etdiyi kollektiv 7-ci yeri tutur. Lakin onların Konfrans Liqasına vəsiqə verən 5-ci pilləni tutmaq şansları qalır.
“Tuluza” son iki turda qalib gəlib. Komanda Liqa-1-də yerini təmin edib. I dövrədə “Lion” öz meydanında “Tuluza”nı məğlub edə bilməmişdi – 1:1. Odur ki, bu görüş qonaqlar üçün revanş xarakteri də daşıya bilər.

“Rayo Valekano” – “Osasuna” 1
“Rayo Valekano” 8 oyundur qələbə qazana bilmir. Madridi təmsil edən klub bu seriyaya “Osasuna” ilə matçda son qoya bilər.
“Osasuna” turnir cədvəlində 8-ci, “Rayo Valekano” isə 9-cu yeri tutur.
Qonaqların heyətində itkilər var. Braşanats və Ruben Qarsiyanın meydana çıxması sual altındadır.

“Ekselsior” – “Qou Ehed İqlz” 1
Liqada qalmaq uğrunda mübarizə aparan “Ekselsior”a mütləq qələbə lazımdır. Doğma azarkeşlər qarşısında 3 xal heç də xəyal kimi görünmür.
Birinci dövrədə “Qou Ehed İqlz” öz meydanında qələbə qazanmışdı – 3:1.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Günün kuponu – 14.04.2023

Növbəti yazı

Kante “Çelsi”də qalacaq