Günün kuponu – 14.04.2023

Günün kuponu – 14.04.2023

“Şalke” – “Herta” QOL/QOL
Hər iki komanda təhlükəli zonadadır və Bundesliqada qalmaq uğrunda mübarizə aparır. “Herta” 22 xalla 17-ci, bundan bir xal az toplayan “Şalke” isə 18-ci pillədədir.
Helzenkirhen təmsilçisi son iki oyunda məğlub olub. “Herta” 5 matçdır qələbə qazana bilmir.
“Şalke”nin zədəli futbolçuları çoxdur. Hər iki komandaya qələbə lazım olduğundan qarşılıqlı qollar mümkündür.

“Spetsiya” – “Latsio” 2
“Latsio” Çempionlar Liqasına vəsiqə verən ilk 4 yerdən birini tutmaq istəyir. Paytaxt klubu hazırda 2-ci pillədədir.
“Spetsiya”nın isə dərdi başqadır. Komanda 17-ci yerdədir və təhlükəli zonadan 4 xal uzaqdır.
Sarrinin komandası A seriyasında son 3 oyununu qələbə ilə başa vurub. “Spetsiya”nın heyətində zədəli futbolçuların çox olduğunu nəzərə alsaq, qonaqların qalibiyyət şansları bir az da artır.

“Kremoneze” – “Empoli” ALT 2,5
“Kremoneze” son pillələrdən çıxmağa çalışır. Davide Ballardinin rəhbərlik etdiyi komanda 16 xalla 19-cu sıradadır. “Kremoneze” son turda səfərdə “Sampdoriya” üzərində qələbə qazandı – 3:2.
“Empoli”nin bu mövsüm artıq elə bir motivasiyası qalmayıb. Ona görə də meydan sahiblərinin qələbəsi təəccüb doğurmamalıdır.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Laymer “Bavariya” yolunda

Növbəti yazı

Sürpriz kupon – 14.04.2023