Sürpriz kupon – 14.02.2022
“Adana Dəmirspor” – “Beşiktaş” – 2
Turnir cədvəlində komandaların sanki yeri səhv düşüb. 7-ci yerdə qərarlaşan “Beşiktaş”ı avrokuboklara vəsiqə verən pillədən cəmi 3 xal ayırır. Səfərdə oynamaq çətin olsa belə “Beşiktaş”ın qələbəsinə ümid edirəm.
“Malyorka” – “Atletik Bilbao” – 2
Meydan sahiblərinin əsas hədəfi La Liqada qalmaqdı. Təhlükəli zonadan 5 xal uzaqlaşan “Malyorka” 22 oyunda 19 dəfə mərkəzə dəvət olunub. Son oyunlarda güclü rəqibləri kədərləndirən Bilbao təmsilçisini 5-ci yerdəki “Barselona”dan 4 xal ayırır. “Atletik” meydan sahibləri üçün uğursuz rəqibdi. Onlar Bilbao komandasına qarşı oyun qurmaqda çətinlik çəkir. Bu baxımdan “Atletik”in qələbəsinə inanıram.
“Vest Brom” – “Blekbörn” – ÜST2.5
Çempionşipdə işləri yaxşı getməyən “Vest Brom” 9-cu pilləyə enib. Ardıcıl üç matçda uduzan meydan sahibləri son turda “Şeffild Yunayted”ə 0-2 hesabı ilə uduzdu. Son oyunlar inamlı təsir bağışlamayan “Blekbörn” “Nottingem Forest”ə uduzmaqla (0-2) 3-cü pilləyə endi. Son 3 matçda 1 xal qazanan qonaqlar 270 dəqiqə rəqib qapılarına yol tapa bilməyib.