Günün kuponu – 14.02.2022
“Hatayspor” – “Göztəpə” – ÜST2.5
Superliqada müxtəlif mövqelərdə qərarlaşan komandalar son nəticələri azarkeşləri sevindirmir. Ardıcıl 6 oyun qələbəyə həsrət olan “Hatayspor” 36 xalla 8-ci yerdədir. Son iki matçda uduzan “Göztəpə” isə 15-ci pillədədir. Hər iki komandanın hücumda oynayacağını düşünürəm. Ona görə məhsuldar nəticə qeydə alınacağını fikirləşirəm.
“Adana Dəmirspor” – “Beşiktaş” – QOL/QOL
Cari mövsüm superliqada yüksək yerlər uğrunda mübarizə aparan meydan sahibləri 3-5-ci yerləri bölüşür. “Adana Dəmirspor”un heyətində 31 yaşlı Mario Balotelli artıq aktivinə 10 qol yazdırıb. Rəqibdən 3 xal geri qalan “Beşiktaş” 7-ci yerdədir. Nəticəni əvvəlcədən proqnozlaşdırmaq çətin olduğuna görə qol\qol seçimi daha realdır.
“Spezia” – “Fiorentina” – ÜST2.5
A seriyasında 24-cü turun “Spezia”-“Fiorentina” görüşündə qonaqlar favorit göstərilir. Meydan sahibləri A seriyasında qalmaq uğrunda yarışır, təhlükəli zonadan 8 xal fərqə nail olub. Lider Duşan Vlahoviçin gedişindən sonra hücumda problər yaşayan “Fiorentina” son turda “Latsio”ya uduzdu. Tərəflər arasında cəmi 3 oyun baş tutub və “Spezia” heç vaxt qələbə qazana bilməyib.