Sürpriz kupon – 13.10.2022
“Mançester Yunayted” – “Omoniya” ÜST2.5
Aşkar autsayder olan “Omoniya”nı Mançesterdə gərgin oyun gözləyir. “Qırmızı şeytanlar” 6 xalla ikinci yerdə qərarlaşıb. İlk oyunda qonaqlar layiqli mübarizə nümayiş etdirsə də 2-3 hesabıyla məğlub oldu. Mançester təmsilçisi evdəki matçda xal itirməyə imkan verməyəcək.
“Slovan Bratislava” – “Bazel” QOL/QOL
İsveçrə təmsilçisi doğma meydanda “Slovan”a uduzmaqla bütün proqnozları alt-üst edib. “Bazel” əvvəlki iddiasını qorumaqda çətinlik çəkir. Ölkə çempionatında 7-ci yerdə olan klub cəmi 3 qələbə qazanıb. Meydan sahibləri üçün bu matç çox vacibdir. Fikrimcə qol\qol seçimi daha real görünür.
“Fiorentina” – “Harts” 1
Üç oyundan sonra “Fiorentina”nın 4, “Harts”ın 3 xalı var. İlk matçda İtaliya təmsilçisi səfərdə 3-0 hesablı inamlı qələbə qazanıb. Fikrimcə cavab oyunu hər iki tərəf üçün gərgin olacaq. “Fiorentina” son matçda A seriyasında “Latsio”ya 0-4 hesabı ilə məğlub olub. İndi komanda azarkeşləri qarşısında bəraət almağa çalışacaq.