Sürpriz kupon – 13.08.2022

Sürpriz kupon – 13.08.2022

“Brentford” – “Mançester Yunayted” – 2,5 ÜST

“Brentford” ilk turda “Lester”lə səfərdə 2:2 oynayıb. “Yunayted” isə doğma “Old Trafford”da “Brayton” a sürpriz şəkildə uduzub – 1:2. Manikunianlar iddiasını ortaya qoymaq üçün qələbəyə oynayacaq. Amma “Brentford” da “asan yem” deyil. Qarşılıqlı qollar gözlədiyim bir oyundur.

“Hoffenhaym” – “Bohum” – 2,5 ÜST

Bu komandaların ilk turdakı oyunları da 2,5 üstlə yekunlaşıb. Hər ikisi də uduzub. İlk xalı və ya xallarını qazanmağa çalışacaqlar. 2,5 üstə mərc etmək olar.

“Şalke” – “Borussiya Münhenqladbax” – 2,5 ÜST

İlk turda bu komandaların oynadığı matçların hər birində qapılara 4 qol vurulub. “Şalke” “Köln” ə 1:3 uduzub, Münhenqladbax klubu eyni hesabla “Hoffenhaym” a qalib gəlib. Bu turda da məhsuldar oyun olacağını təxmin edirəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 13.08.2022

Növbəti yazı

Kostiç rəsmən “Yuventus”da