Günün kuponu – 13.08.2022
“Leypsiq” – “Köln” – QOL/QOL
Hücum futboluna üstünlük verən komandaların qarşılaşmasında bol qol gözləməyə dəyər. Öz evində aqressiv futbol oynayan “Leypsiq”in “Köln”lə görüşdə inadlı müqavimətlə üzləşəcəyini təxmin edirəm. 1 x və ya 2 variantındansa, qol /qol daha münasib variantdır.
“Bayer Leverkuzen” – “Auqsburq” – 2,5 ÜST
Yeni mövsümə hər iki komanda məğlubiyyətlə başlayıb. Hətta qol belə vura bilməyiblər. “Bayer” “Borussiya Dortmund” a 0:1, “Auqsburq” isə öz meydanında “Frayburq” a 0:4 uduzub. 2-ci turda hər iki komanda ilk qollarını vurub, ilk xalları qazanmağa çalışacaq. Məncə, 2,5 üst daha real görünür.
“Mançester Siti” – “Bornmut” – 2,5 ÜST
Premyer liqaya tərəflər 2:0 hesablı qələbə ilə başlayıb. “Bornmut” öz meydanında “Aston Villa” nı, “Siti” səfərdə “Vest Hem” i məğlub edib. Qvardiolanın məhsuldar hücum xəttinə malik komandasından bol qol gözləməyə dəyər.