Sürpriz kupon – 13.07.2022
“Dinamo Batumi” – “Slovan” – 2,5 alt
Slovakiyadakı ilk oyunda Gürcüstan çempionu azlıqda qalsa da, sona qədər 0:0-ı qoruya bildi. Cavab görüşünün də ağır keçəcəyini düşünürəm. Ehtiyatlı oyun və yekunda 1 ya 2 qol. Hətta bu matçın da qolsuz bitmə ehtimalını nəzərə alıram. Belədə 2,5 alt ən optimal variantdır.
“Ferentsvaroş” – “Tobol” – 2,5 üst
Tərəflərin ilk görüşündə qol vurulmasa da, cavab matçının fərqli ssenaridə keçəcəyini gözləyirəm. Qol vurub-buraxmağa meylli macar klublarının qarşılaşmalarında 2,5 üst gözlənilən variantdır. İlk oyunda olmasa da, cavab görüşündə bu varianta inanıram.
“Flora Tallin U-21” – “Elva” – 2,5 üst
Estoniya Liqasında əksər görüşlər hokkey hesabı ilə bitir. 4,5,6 və daha çox qolun vurulması adi bir nəticə kimi qarşılanır. 18 oyuna 40 qol vuran “Flora Tallin”in gənclər komandasından bu oyunda da yüksək məhsuldarlıq gözləyirəm. Elə rəqib “Elva” da hücumda pis təsir bağışlamır. 2,5 üst bu matçın “əyninə biçilib”.