Günün kuponu – 13.07.2022
“Ferentsvaroş” – “Tobol” – 1
İlk oyun qolsuz bitdiyindən Çempionlar Liqasında 2-ci mərhələyə çıxmaq üçün hər iki komandaya qələbə lazımdır. Təbii ki, Macarıstan çempionu səviyyəcə daha üstündür. “Ferentsvaroş”un qələbəsi daha real göründüyü üçün oyun 1 variantına üstünlük verirəm.
“Tukums” – “Spartak Yurmala” – 2,5 üst
Hər iki klub Latviya çempionatında bu mövsüm ən çox qol buraxan komandalardandır. 19 oyuna qapılarından 39 top buraxıblar. Fikrimcə, bərbad müdafiə bu oyunda da 2,5 üst gəlmə ehtimalını artırır.
“Linfild” – TNS – 2,5 alt
Britaniya derbisində ilk oyunda Uels çempionu öz meydanında 1:0 hesablı qələbə qazanıb. Böyük ehtimal TNS rəqib meydanında bu üstünlüyü qorumaq üçün müdafiədən oynayacaq. “Linfild” üçün bu müdafiəni yarmaq elə də asan olmayacaq. Ona görə 2,5 alt variantının üzərində dayanıram.