Sürpriz kupon – 13.01.2022

Sürpriz kupon – 13.01.2022

“Atletiko Madrid” – “Atletik Bilbao” – QQ

İspaniya Super Kubokunda finala vəsiqənin taleyi həll olunur. Bu oyunda itiriləcək iddia yoxdur, sadəcə açıq futbol oynamaqla qələbə qazanmaq lazımdır. “Atletiko”nu favorit hesab edirəm. Amma sürpriz kuponda qol\qol seçimini riskli hesab etmirəm.

Kapo Verde – Burkina Faso – ÜST2.5

Kapo Verde ilk oyunda uduzub. Rəqib Afrika Millətlər Kubokuna qələbə ilə başlayıb. İkinci tur əksər komandalar üçün davam ya tamam sualına cavab verəcək. Aşkar favorit olmayan görüşdə ÜST2.5 seçiminin doğrulması realdır.

“Napoli” – “Fiorentina” – ALT2.5

“Napoli” cari mövsüm İtaliya Kubokunda ilk oyuna çıxacaq. Əvvəlki mərhələdən azad olan Neapol təmsilçisi A seriyasında 3-cü yerdədir. Liderlərdən uzaqlaşan “Fiorentina” 6-cı sıradadır. Bu oyunda meydan sahiblərinin az fərqlə qələbə qazanacağına ümid edirəm.

Sənan Şəfizadədən ən son “Sürpriz Kupon”

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 13.01.2022

Növbəti yazı

“İnter”dən 6-cı Superkubok, İnzaqidən ilk