Günün kuponu – 13.01.2022
“Liverpul” – “Arsenal” – 1
İngiltərə Liqa Kubokunda azarkeşləri maraqlı oyun gözləyir. Tyaqonun koronavirusa yoluxması və bəzi futbolçuların Afrika Millətlər Kubokuna görə milli komandanın düşərgəsində olmasını nəzərə alsaq “Liverpul” itkilərlə meydana çıxacaq. Digər tərəfdən mersisaydlılar cari mövsüm doğma meydanda məğlub olmayıb. Məhz buna görə stabil oynamayan “Arsenal”ın məğlub olacağını düşünürəm.
“Atletiko Madrid” – “Atletik Bilbao” – 1
Hər iki komandanı kubok oyunlarının təcrübəli kollektivi adlandırmaq olar. Səudiyyə Ərəbistanında keçirilən İspaniya Super Kubokunun yarımfinalında “Atletiko” “Atletik”lə üz-üzə gələcək. Bilbao təmsilçisi bu turnirə İspaniya Kubokunun ötən mövsümünün finalçısı kimi vəsiqə qazanıb. “Atletiko” isə son çempion kimi mübarizə aparır. Risk edərək Madrid təmsilçisinin qələbəsini seçirəm.
Kamerun – Efiopiya – ALT2.5
Afrika Millətlər Kubokunda artıq qrup mərhələsinin ikinci turuna start verilib. Kamerun ilk matçda qələbə qazanıb. Efiopiya millisi ilk turdan sonra xal qazanmayıb. Qələbə Kamerun futbolçularına növbəti mərhələyə vaxtından əvvəl vəsiqə qazandıra bilər. Bu oyunda ALT2.5 qeydə alınacağına inanıram.