Sürpriz kupon – 12.03.2024
“Barselona” – “Napoli”
Ən çox qol vurulacaq hissə: 2-ci hissə
Neapoldakı heç-heçədən sonra komandaların elə ilk hissədən hücuma atılacağı inandırıcı görünmür. Böyük ehtimalla cütün taleyini ikinci hissədə vurulacaq qol və ya qollar həll edəcək.
“Arsenal” – “Porto”
“Arsenal” qazanacaq və hər iki komanda qol vuracaq
Bukmekerlər “Arsenal”a o qədər inanır ki, “Portu”nun qol vuracağına əla əmsal verir. Zənnimcə, bundan istifadə edə bilərik. “Əjdahalar”ın heyətində Çempionlar Liqasında hərəyə 4 dəfə fərqlənmiş Qalyeno-Evanilson cütü ən azı təsəlli qolu yaradacaq gücdədir.
“Saarbrüken” – “Borussiya Münhenqladbax” QOL/QOL
Almaniyanın aşağı liqa təmsilçisi “Bayern Münhen” və Frankfurt “Ayntraxt”ını turnirdən kənarlaşdıraraq bura qədər gəlməklə artıq çox böyük sensasiyaya imza atıb. “Saarbrüken” azarkeşləri önündə ən azı 1 dəfə fərqlənəcək gücdədir. Favorit olan münhenqladbaxlıların isə növbəti mərhələyə keçmək şansları daha yüksəkdir.