Günün kuponu – 12.03.2024
“Barselona” – “Napoli” 2.5 ALT
Darıxdırıcı ilk matçı “Dieqo Armando Maradona” adına stadiondan izləyən biri kimi bu qarşılaşmadan da çox qol gözləmirəm. Komandalar yüksək məhsuldarlıq sərgiləmir. Bəzən hansısa zəif rəqiblə oyunda hücum potensialını ortaya qoysalar da, bu dəfə fərqli durumdur. Güclər təxminən bərabər, məsuliyyət yüksəkdir. Heç kim risk etməyəcək.
“Arsenal” – “Porto”
Hər iki hissəni qazanacaq – “Arsenal”
“Arsenal” fantastik formadadır. Son 5 oyunda 5 qələbə və rəqib qapılarına vurulan 21 qol bunun bariz göstəricisidir. Bura meydan sahiblərini doğma arenada gözləyən möhtəşəm azarkeş dəstəyini də əlavə etsək hər şey aydın olur.
“Saarbrüken” – “Borussiya Münhenqladbax” 2
“Saarbrüken” möcüzəsinin sonacan davam edəcəyinə inanmıram. Aşağı liqa təmsilçisi daha güclü rəqibinin təzyiqi qarşısında çətin ki, davam gətirə bilsin. Bukmekerlər də qonaqların qələbə şanslarını daha yüksək görür.