Sürpriz kupon – 11.11.2023

Sürpriz kupon – 11.11.2023

“Mançester Yunayted” – “Luton” -1-ci kart – “Man.Yun”

Qeyri-stabil mövsüm keçirən “Mançester Yunayted” autsayderlə görüşdə xal itirməməyə, “Luton” isə azı “Liverpul”a etdiyi sürprizi (1:1) manikunianlar qarşısında da təkrarlamağa çalışacaq. Premyer liqanın ən kobud komandalarından olan “Luton”un “Yunayted”in sürətli hücumlarının qarşısını hr vəchlə almağa çalışacağını düşünürəm. İlk sarı (bəlkə də qırmızı) vərəqənin də oyunda məhz qonaqlara göstərilcəyini təxmin edirəm.

“Ştutqart” – “Borussiya” (Dortmund) -1×2 (1-ci hissə)  – “Borussiya” 

Eyni xala sahib komandalar cədvəldə qonşudur. Belə oyunlara mərc etmək çətin olur. Son 2 turda bundesliqada 1 xal qazanan Dortmund klubunun ilk yarını hesabda öndə bitirəcəyini düünürəm. Bütün oyuna mərc etmək isə fikrimcə, risklidir. Çünki son turda uduzan “Ştutqart” da ardıcıl 2-ci məğlubiyyətə yol verməməyə çalışacaq.

“Yuventus” – “Kalyari” -1-ci hissə cüt şans 12

Lider “İnter”dən 2 xal geri qalan “Yuve” autsayderlə dueldə “büdrəməməyə” çalışacaq. Həm bol qollu oyun gözləyirəm, həm də hesabın ilk yarıda açılacağını. Sonuncu variant mənə daha real görünür.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 11.11.2023

Növbəti yazı

“Kəpəz” son pilləni tərk etdi