Günün kuponu – 11.11.2023
“Ştutqart” – “Borussiya” (Dortmund) – 2,5 üst
Bundesliqada 10 turdan sonra eyni xalla 3-4-cü yerləri bölüşdürən komandaların dueli. Ştutqartlılar 10 oyunda 27, Dortmund təmsilçisi isə 20 qol vurub. Bu yüksık məhsuldarlığın nəticəsini öz aralarındakı oyunda da görəcəyimizi düşünürəm.
“Arsenal” – “Börnli” – 1-ci hissə – “Arsenal”
“Topçular” oyunun açkar favoritidir. Qələbəyə şübhəm yoxdur. Ötən tur “Nyukasl”a məğlubiyyətin heyfini “Arsenal” böyük ehtimalla “Börnli”dən çıxacaq. Fikrimcə, qələbənin əsası ilk hissədə qoyulacaq.
“Auqsburq” – “Hoffenhaym” -1-ci hissə cüt şans 12
Hər iki komandanın vurub-buraxdığı qolların statistikasına baxanda ağıla gələn ilk variant qarşılıqlı qollar və ya 2,5 üstdür. Belə oyunlarda isə əksər hallarda hesabdakı bərabərlik artıq ilk yarıda pozulur. Məncə, bu görüşdə də belə olacaq.