Sürpriz kupon – 11.09.2022

Sürpriz kupon – 11.09.2022

“Elçe” – “Atletik”B – 2

Yeni başlamış çempionatda hələ ev sahibi “Elçe” bir oyuna 3 xal qazanmayıb. Turnir cədvəlinin 18 pilləsində qərarlaşıb. Bir top vurub 9-nu buraxıb. Son oyunda “Villareal”a 0-4 məğlub olub. Qonaq 6-cı yerdədir. “Atletik” 4 oyunda cəmi bir top buraxıb. Gözlənilmədən evdə “Espanyol”a 0-1 məğlub oldu. Çox yaxşı formada olan “Atletik” liderlər qrupundan geri qalmamaq üçün mütləq ağır səfər oyunundan qalib çıxmalıdır.

“Sassuolo” – “Udineze” – Q/Q

Seriya “A” da evdə və səfərdə maraqlı məzmunlu oyun sərqiləyən iki komanda qarşılaşır. Hər iki kollektivin aktivində 1 məğlubiyyəti var. Doğma meydançada “Sassuolo” yaxşı təsir bağışlayır. Qonaq “Udineze” son oyunda 4-0 “Roma”nı darmadağın edə bildi. Bütün göstəriciləri nəzərə alıb bu ağır oyunda düzgün ehtimal olunan nəticəni qol-qol hesab edirəm.

“Renn” – “Oser” – 1 Turnir cədvəlində qonşu olan iki komanda qarşılaşır. Avroliqada “Renn” son saniyələrdə qələbə topunu vurmağı bacardı. Hücumda çox yaxşı oyun sərqiləyir. Qonaq “Oser” bir necə ildən sonra liqa- 1-ə qayıda bildi. Son iki çempionat oyununda “Lion”a səfərdə 2-1 evdə “Marsel”ə 0-2 məğlub oldu. Ev sahibinin oyunçularının klassı əlbətdə ki qonaq komandadan üstündür. Yəqin ki “Renn” doğma meydançada azarkeşlər önündə təcrübə hesabına qələbə qazanacaq.

Mr. X

Əvvəlki yazı

Günün kuponu – 11.09.2022

Növbəti yazı

Motta A seriyasında