Motta A seriyasında
İtaliyanın “Bolonya” klubunun yeni baş məşqçisi bəlli olub. A seriyası təmsilçisini Tyaqo Motta çalışdıracaq.
Bunu klubun direktoru Klaudio Fenuççi açıqlayıb. Motta işinə bazar ertəsi, sentyabrın 12-də başlayacaq. O, üç gün öncə istefaya göndərilən Sinişa Mixayloviçi əvəzləyəcək. Yeni baş məşqçinin son iş yeri bu ilin iyununda ayrıldığı “Spetsiya” olub.