Sürpriz kupon – 11.07.2024

Sürpriz kupon – 11.07.2024

“Ruzomberok” – “Tobol” – cüt şans x2

Slovakiyada keçiriləcək bu Avroliqa matçında meydan sahibi favotit sayılır. Amma biz son illərdə Qazaxıstan klublarından çox sürprizlər görmüşük. “Tobol” bu oyunda slovakların qələbəsinə inananları yanılda bilər.

“Throttur Reykyavik” – “Vestmannaeyjar” – 3.5 ÜST

İslandiya çempionatı üçün “məhsuldar oyunlar” xarakterik olsa da, bəzi komandalar etibarlı müdafiəsi ilə seçilir. Bu mövsümdə “Vestmannaeyjar” həmin komandalardan biridir. Komanda son 5 oyundan yalnız birindı qapısından qollar buraxıb. Bununla belə, “Throttur Reykyavik”lə görüşdə riskə gedərək hətta 3,5 üst variantına mərc edirəm. Məncə, “Vestmannaeyjar” bu oyunda həm qol vuracaq, həm də top buraxacaq.

“Visla Krakov” – “Llapi” – 1

Polşa komandaları öz meydanında adətən aqressiv, hücum futboluna üstünlük verir. Bu baxımdan məncə, Kosovo təmsilçisi üçün oyun çətin keçəcək. “Visla” cavab oyununa daha rahat çıxmaq üçün fərqli qələbə qazanamağa çalışacaq.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 11.07.2024

Növbəti yazı

Mert Çelik “Səbail”də